Haqqında
mühüm təsirlər zikr olunmuş dualardan biri də mübarək “Nadə-Əli” duasıdır. Bu
dua iki beytdən ibarətdir.
ناد
علياً مظهر العجائب
تجده عوناً لك في النوائب
كل هم و غم سينجلي
بولايتك يا علي يا علي يا علي
Oxunuşu:
Nadə
Əliyyən Məzhərəl-əcaib!
Təcidhu
əvnən ləkə fin-nəvaib.
Kullu
həmmin və ğəmmin səyəncəli,
Bivilayətikə
ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!
Tərcüməsi:
Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək edən görərsən!
Bütün qüssə və kədərlər çəkilib gedər,
Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!
Biz
onun təsir bağışlaması və bərəkətləri haqqında olan məlumatları “Min bir xətm”
kitabından istifadə edərək burada
veririk.
1.”Nadə
Əli” (ə) duasının gündə azı yüz on dəfə oxunmasının itmiş şeyin tapılmaısnda və
itmiş şəxsin qayıtmasında çöx böyük təsiri var.
2. Bir
qrup adamın ucubatından çətinliyə düşən şəxs bu duanı yeddi dəfə oxuyub onlara
tərəf üfürsə, onlardan heç bir zərər görməz.
3. Düşməndən
qorxan şəxs onu iyirmi yeddi dəfə oxusa, onları pərakəndə salıb məğlubiyyət uğradar
4.
Mühüm çətinliklərin həlli üçün min dəfə oxumaq lazımdır.
5. Əgər
bir şəxs sənə qarşı qəzəblənibsə, buna görə onu yetmiş bir dəfə oxu və üç dəfə
də oxuyub şəxsin üzünə üfür.
6. Əgər
rəsmi dairə işçisi üçün oxusa, onun yanında sözü keçər.
7. Cümə
gününün əvvəlində on iki dəfə oxuyan şəxsin sözü keçərli olar.
8. Böhtana
düşmüş şəxs onu dəf etmək üçün səhər və axşam qırx dəfə oxumaq lazımdır.
9.
Var-dövlətli olmaq üçün, hər gün səhər on iki dəfə oxumaq lazımdır.
10.
Var-dövlətin artması üçün hər gün otuz bir dəfə oxumaq lazımdır.
11.
Düşmənlərə qələbə çalmaq üçün, hər gün on yeddi dəfə oxumaq lazımdır.
12.
Pis niyyətli şəxslərin ağzını bağlamaq üçün on yeddi dəfə oxumaq lazımdır.
13.
Mühüm çətinliklərdən çıxış yolu tapmaq üçün hər gün otuz dörd dəfə oxumaq
lazımdır.
14.
Göz ağrısı üçün, üç gün, iyirmi dəfə oxumaq lazımdır.
15. Xəzinələri
ələ gətirmək və muharibələrdə qələbə əldə etmək üçün qırx dəfə oxumaq lazımdır.
16. Həzrət
Məhəmməd Peyğəmbəri (səlləllahu
ələyhi və alih)
yuxuda görmək üçün hər gecə yeddi dəfə oxumaq lazımdır.
17. Həbsdən
xilas olmaq üçün yeddi gün və hər gün on altı dəfə oxumaq lazımdır.
18.
Bağlı qapıların və bəxtin açılması üçün hər gün əlli dəfə oxumaq lazımdır.
19.
Sirlərin aşkarlanması və dövlətli olmaq üçün hər gün on altı dəfə oxumaq
lazımdır.
20. Qətl
və düşməndən amanda qalmaq üçün səkkiz gün və hər gün on səkkiz dəfə oxuyub o şəxsə
tərəf üfürmək lazımdır.
21.
Elm əldə etmək üçün sübh namazı vaxtı on yeddi dəfə oxumaq lazımdır.
22.
Hacətin rəva olması və istəklərin padşah (rəhbər və ya yüksək rütbəli şəxslərin)
yanında qəbul olması üçün altı gün müddətində
hər gün yüz dəfə oxumaq lazımdır.
23.
İzzətli olmaq üçün hər gün on dəfə oxumaq lazımdır.
24. İki
zalımın arasında düşmənçilik salmaq üçün hər gün iyirmi dəfə oxumaq lazımdır.
25.
Düşmənin avara və sərgərdan olması üçün hər gün otuz dəfə oxumaq lazımdır.
26.
Bir dəstənin arasındakı ixtilafı aradan qaldırmaq üçün hər gün otuz dəfə oxumaq
lazımdır.
27.
Düşmənlərin məğlub olması üçün gündə yüz dəfə oxumaq lazımdır.
28. Qəlbin
qüvvətlənməsi üçün hər gün iyirmi beş dəfə oxumaq lazımdır.
29.
Düşmənin ürəyinin yumşalması üçün altı gün hər gün yüz dəfə oxumaq lazımdır.
30.
Düşmənin hiylə və tüğyanının qarşısını almaq üçün hər gün yüz dəfə oxumaq
lazımdır.
Bunlardan
əlavə Nadə-Əli (ə) zikrini hər gün yetmiş dəfə oxumağın hacətlərin rəva
olmasında, həyatdakı çətinliklərin həll olmasında və başqa mühüm işlərdə çox
böyük təsiri vardır. Bu zikr təcrübə olunmuşdur. Deyilənə görə imamlardan (ələyhim-səlam) biri onun yuxusuna gəlib, onun
üzləşdiyi hadisədən qurtuluş yolunu ona açıqlayar.
Nadə-Əlinin (ə) başqa xətmi
Nadə-Əli
(ə) zikrinin başqa xətmi belədir:
Sübh və
axşam namazının təqibat (namazdan sonrakı dua) və salavatından sonra yüz on dəfə
diqqətlə “Ya Əli” deyirsən. Sonra isə əllərini üzünlə bərabər tutub belə deyirsən.
Ərəbcəsi:
اللهم انك قلت: "ناد علياً مظهر العجائب تجده عوناً لك في النوائب!"
فناديته ليظهر علي من عجائب آثار ولايته و غرائب أسرار امامته امامته حتي ينجلي كل
همي و غمي بولايته يا علي يا علي يا علي!
Oxunuşu: Əllahummə innəkə qultə: “Nadə Əliyyən Məzhərəl-əcaib təcidhu əvnən
ləkə fin-nəvaib”. Fənadəytuhu liyuzhirə ələyyə min əcaibi asari vilayətih, və ğəraibi
əsrari imamətih, hətta yəncəliyə kullu həmmi və ğəmmi bivilayətih. Ya Əliyyu ədrikni
bisirri vilayətikəl-xəfiyyi vəl-cəliyy!
Tərcüməsi: İlahi! Sən demisən: “Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək edən görərsən!” Mən də Onu çağırdım vilayətinin təsirlərindən əcaibləri
və imamətinin sirrlərindən qəribəlikləri üzə çıxarsın; mənim qüssə və kədərlərim
onun vilayəti ilə çəkilib
getsin. Ya Əli (ə)! Gizli və aşkar vilayətinin sirri ilə mənim fəryadıma çat!
Sonra
yenə salavat deyib hacətini istə.
Başqa
bir xətm
Kim təharətli
halda xəlvət yerdə on iki min dəfə bu zikri desə, hacətləri rəva olar.
Ərəbcəsi:
بسم الله الرّحمن الرّحيم . يا قاهر العدوّ و يا والی الولیّ، يا مظهر
العجائب، يا مرتضی علیّ !
Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Ya Qahirəl-əduvvi, və ya Valiyəl-vəliyyi,
ya Məzhərəl-əcaib, ya Murtəzəl-Əliyyi!
Tərcüməsi: Ey düşmənləri məhv edib qələbə çalan! Ey dostlara kömək edən! Ey
əcaibləri üzə çıxaran! Ey Murtəza Əli (ə)!
Başqa
bir xətm
Zalımın
və ya düşmənin həlak olması üçün çərşənbə günü gün çıxan vaxt qırx bir dəfəbu
zikri deyib onun evnə tərəf üfürmək lazımdır.
Ərəbcəsi:
بسم الله الرحمن الرحيم . بفضل بسم الله الرحمن الرحيم . ببركة بسم الله
الرحمن الرحيم . يا أبا الغيث أغثنى ناد عليًا مظهر العجائب تجده عونًا لك فى
النوائب كل هم و غم سينجلى بولايتك يا علي يا علي يا علي!
Oxunuşu: Bismillahir-Rəhmanir-Rəhim. Bi fəzli Bismillahir-Rəhmanir-Rəhim!
Bi bərəkəti Bismillahir-Rəhmanir-Rəhim! Ya əbəl-ğəysi əğisni! Nadi Əliyyən Məzhərəl-əcaibi,
təcidhu əvnən ləkə fin-nəvaib! Kullu həmmin və ğəmmin səyəncəli bivilayətikə ya
Əliyyu, ya Əliyyu, ya Əliyy!
Tərcüməsi: Mərhəmətli, rəhmli Allahın adı ilə! Ey fəryadlara
yetişən! Səni and verirəm “Bismillahir-Rəhmanir-Rəhim”-in fəzilətinə! Səni and
verirəm “Bismillahir-Rəhmanir-Rəhimin”-in bərəkətinə mənim fəryadıma çat! Əcaibləri
aşkara çıxaran Əlini (ə) çağır! Onu sənə çətinliklərdə kömək edən görərsən. Bütün qüssə və kədər çəkilib
gedər, sənin vilayətinlə! Ya Əli! Ya Əli ! Ya Əli !
Daha
bir xətm
Məqsədə
çatmaq ??? üçün bir dəfəyə yüz on dəfə belə demək
lazımdır:
Ərəbcəsi:
ناد علياً مظهر العجائب
تجده عوناً لك في النوائب
كل هم و غم سينجلي
بولايتك يا علي يا علي يا علي
Oxunuşu: Nadə
Əliyyən Məzhərəl-əcaib!
Təcidhu
əvnən ləkə fin-nəvaib.
Kullu
həmmin və ğəmmin səyəncəli,
Bivilayətikə
ya Əliyyu, ya Əliyyu, ya Əliyyu!
Tərcüməsi:
Əcaibləri aşkara çıxaran Əlini (ə) çağır!
Onu sənə çətinliklərdə kömək
edən görərsən!
Bütün qüssə və kədər çəkilib gedər,
Sənin vilayətinlə, ya Əli (ə), ya Əli (ə), ya Əli (ə)!
Əgər
üç gün belə xətm etsə inşallah məqsədinə çatar.
Hiç yorum yok:
Yeni yorumlara izin verilmiyor.